iPhone "qatili":  Tramp qızıl korpuslu smartfonunu  təqdim etdi 
17 iyun 2025 19:20 (UTC +04:00)

iPhone "qatili": Tramp qızıl korpuslu smartfonunu təqdim etdi 

Donald Trampın komandası olan “The Trump Organization” şirkəti “100 faiz ABŞ istehsalı” olacağını vəd edən “Trump Mobile T1” markalı smartfonunu təqdim edib.

Lent.az-ın xarici mediaya istinafla xəbərinə görə, "Qızıl" rəngdə təqdim olunan smartfon texniki xüsusiyyətləri ilə fərqlənmir və standart orta səviyyəli “Android”dir: 6,8" AMOLED displey, 12+256 GB yaddaş, 50+2+2 MP kameralar və 5000 mAh batareya. Hansı prosessor olduğunu demirlər.

Satışların sentyabrda başlayacağı vəd edilir. “Trampofon”un qiyməti 499 dollardır.

Bundan əlavə, Trampın şirkəti öz mobil operatoru olan “Trump Mobile”ın fəaliyyətə başladığını elan edib. Abunəçilərə ayda 47,45 dollar olan vahid tarif təklif olunacaq. Bu qiymətə istifadəçilər limitsiz internet və zənglər, həmçinin hərbi və teletibb xidmətləri üçün 100 ölkəyə pulsuz zənglər əldə edəcəklər.

Verizon, AT&T və T-Mobile şirkətlərinin bazarda üstünlük təşkil etməsi və xaricdə istehsala güvənməsi ilə “Trump Organization” Amerika istehsalı olan məhsulları, qapalı ekosistemi və böyük korporasiyalardan və texnologiya nəhənglərinin mədəniyyət siyasətlərindən narazı olan mühafizəkar auditoriyanın dəstəyini vurğulayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar