İstifadə etmədiyiniz telefonları saxlamaq  təhlükəlidir
13 aprel 2026 10:18 (UTC +04:00)

İstifadə etmədiyiniz telefonları saxlamaq təhlükəlidir

0

Ekspertlər istifadə olunmadan və nəzarətsiz şəkildə evdə saxlanılan köhnə smartfonların hansı gizli risklər daşıdığını izah ediblər. Texnologiya mütəxəssisləri bildirirlər ki, illərlə istifadə edilmədən qalan köhnə smartfonlar sahibləri üçün gizli təhlükə yarada bilər. Bu risklər həm akkumulyatorla bağlı fiziki təhlükələri, həm də şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı problemləri əhatə edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, əsas problemlərdən biri litium-ion batareyaların vəziyyətidir. Zaman keçdikcə bu tip batareyalar köhnəlir, sabitliyini itirir və bəzi hallarda həddindən artıq qızaraq hətta alovlana bilər.

Ekspertlər qeyd edirlər ki, belə hallar tez-tez baş verməsə də, uzun müddət istifadə olunmayan və nəzarətsiz saxlanılan cihazlarda risk daha yüksək olur. Risk faktorlarından biri də saxlanma şəraitidir. Yüksək temperatur və rütubət batareyanın daha tez sıradan çıxmasına və nasazlıq ehtimalının artmasına səbəb olur. Mütəxəssislər belə cihazları quru və sərin mühitdə saxlamağı, həmçinin uzun müddət tam boş vəziyyətdə qoymamağı tövsiyə edirlər.

Fiziki təhlükələrlə yanaşı, köhnə smartfonlar şəxsi məlumatların qorunması baxımından da risk daşıyır. İstifadə olunmayan cihazlarda belə yazışmalar, şəkillər, tətbiq məlumatları və digər məxfi informasiyalar qalır. Əgər telefon təmizlənməyibsə, itirildiyi və ya oğurlandığı halda bu məlumatlar başqalarının əlinə keçə bilər.

Ekspertlər köhnə cihazlar üçün təhlükəsizlik yeniləmələrinin mövcudluğunu mütəmadi yoxlamağı tövsiyə edir. Əgər artıq dəstək dayandırılıbsa, vacib məlumatları başqa daşıyıcılara köçürmək və smartfonu zavod ayarlarına qaytarmaq məsləhət görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar