Qadınlar kişilərdən  daha çox   yatmalıdır? –  AÇIQLAMA
18 noyabr 2026 12:13 (UTC +04:00)

Qadınlar kişilərdən daha çox yatmalıdır? – AÇIQLAMA

0

Uzun illər qadınların kişilərdən daha çox yuxuya ehtiyac duyması ilə bağlı fikirlər sadəcə stereotip hesab edilib.

Bəs qadınlar gündə neçə saat yatmalıdırlar və onların kişilərdən daha çox yuxuya ehtiyacı varmı?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər yuxunun insanın fiziki və psixoloji sağlamlığı üçün mühüm əhəmiyyət daşıdığını bildirirlər. Bununla belə, qadın və kişi orqanizminin yuxu çatışmazlığına reaksiyası həmişə eyni olmur.

2008-ci ildə ABŞ-nin Dyuk Universitetinin alimləri orta yaşlı 210 qadın və kişinin yuxu vərdişlərini və sağlamlıq vəziyyətini araşdırıblar.

Nəticələr göstərib ki, qadınlarda yuxunun azlığı və ya keyfiyyətsiz olması müxtəlif sağlamlıq problemləri ilə kişilərə nisbətən daha güclü əlaqəli ola bilər.

Araşdırmaçılar bildirib ki, qadınlarda keyfiyyətsiz yuxu yüksək psixoloji stress, depressiya, qəzəb və əsəbiliklə sıx əlaqəlidir. Qadınlar çox vaxt eyni anda bir neçə işi yerinə yetirdikləri üçün onların beyni gün ərzində daha mürəkkəb yüklənməyə məruz qala bilər.

Bu səbəbdən qadınların bərpa olunmaq üçün orta hesabla bir qədər artıq yuxuya ehtiyac duya biləcəyi irəli sürülür.

Mütəxəssisin fikrincə, söhbət saatlarla ölçülən fərqdən getmir. Qadınların yuxuya ehtiyacının orta hesabla təxminən 20 dəqiqə artıq ola biləcəyi bildirilir.

Lakin bu, kişilərin daha az yuxuya ehtiyacı olduğu anlamına gəlmir. Araşdırma yalnız qadın orqanizminin yuxusuzluğun bəzi mənfi təsirlərinə daha həssas ola biləcəyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar