Mobil telefon villada yanğına səbəb oldu 
06 dekabr 2022 05:51 (UTC +04:00)

Mobil telefon villada yanğına səbəb oldu 

Hadisə Belçikanın Sambrevil kommunasında baş verib.

Lent.az xəbər verir ki, təsadüfən evə tez qayıdan kommuna sakini atasına məxsus villadan tüstü çıxdığını görərək yanğınsöndürmə xidmətinə zəng edib.

Hadisə vaxtı evdə adam olmayıb. Yanğın söndürüldükdən sonra məlum olub ki, alov mobil telefonun qızıb partlaması nəticəsində yaranıb. 

# 2766
avatar

Oxşar yazılar