NASA astronavtlar üçün yeni geyimlər  TƏQDİM ETDİ  - FOTO
16 mart 2023 17:28 (UTC +04:00)

NASA astronavtlar üçün yeni geyimlər TƏQDİM ETDİ - FOTO

Bəşəriyyətin Aya qayıtması üzərində çalışan NASA, nəhayət, astronavtların bu mühüm missiyada geyinəcəkləri skafandrları təqdim edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ilə qədər Aya astronavt göndərməyi hədəfləyən NASA, bir müddət əvvəl yeni kosmik geyimlərin hazırlanmasında gecikmələr olduğu üçün missiyanın qeyd olunan tarixlərdə baş tutmaya biləcəyini açıqlayıb.

Ancaq kosmik agentliyi nəhayət, bu problemin öhdəsindən gədib. Hyustonda yerləşən Axiom Space tərəfindən hazırlanan, narıncı və mavi rənglərdən də istifadə edilən qara skafandr, astronavtların orbitdə elmi təcrübələr aparmasına kömək edəcək xüsusiyyətlərə malikdir.

Bu da diqqət çəkir ki, əvvəlkilərdən fərqli olaraq, kostyum qadın astronavtları nəzərə alaraq hazırlanıb. Yeni dizaynda olan dəbilqə geniş baxış sahəsi təmin edir ki, bu da astronavtlara kölgəli kraterləri daha yaxşı görməyə imkan verəcək. Yüksək dəqiqlikli (HD) kamera üçün kapotun içərisində hətta montaj yerləşdirilib.

Astronavtlar Ay missiyası üçün yeni kostyumlarını geyinməzdən əvvəl Axiom Space oxşar şərait yaradaraq skafandrı sınaqdan keçirəcək.

NASA-nın Hərəkətdənkənar Fəaliyyət və İnsan Səthi Mobilliyi Proqramının Meneceri Lara Kearney deyib:

"NASA Ayda gəzinti missiyasını mümkün qədər təhlükəsiz, effektiv və səmərəli şəkildə yerinə yetirmək üçün sənaye imkanlarından və artan kosmik iqtisadiyyatın təcrübəsindən istifadə edir".

# 3720
avatar

Fidan İlqar

Oxşar yazılar