Samsung yeni qatlana bilən smartfonlarını – Galaxy Z Fold 8 və Galaxy Z Fold 8 Ultra modellərini təqdim edib.
Lent.az xəbər verir ki, yeni cihazlar daha nazik və yüngül korpus, elastik titan menteşə, qırış izi daha az görünən ekran və “Snapdragon 8 Elite Gen 5” prosessoru ilə təchiz olunub.
Fold 8 Ultra modeli 200 meqapiksellik əsas kamera, 50 meqapiksellik ultra geniş bucaqlı kamera, 5 000 mAh batareya və 8 düymlük daxili ekranla təklif edilir.
Telefonlar Android 17 əməliyyat sistemi və One UI 9 interfeysi ilə işləyir.
Samsung hər iki model üçün 7 il ərzində Android yeniləmələri və təhlükəsizlik dəstəyi vəd edir.