Şüşə silənləri nə qədər tez dəyişdirilməlisiniz?
29 dekabr 2025 11:33 (UTC +04:00)

Şüşə silənləri nə qədər tez dəyişdirilməlisiniz?

0

Şüşəsilənlərin rezini aşınmağa başlayan kimi fırçalar ön şüşəyə tam yapışmır və bu, sürmə zamanı görünüşün pisləşməsinə səbəb olur. Sürücülərin çoxu bu məsələyə vaxtında diqqət yetirmir. Avtomobil ekspertləri isə şüşəsilənlərin nə qədər tez-tez dəyişdirilməli olduğu ilə bağlı mühüm açıqlamalar veriblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, şüşəsilənləri ildə bir dəfə dəyişmək bir çox hallarda kifayət etmir.

Adətən sürücülər avtomobillərinə müntəzəm qulluq edir, yağları dəyişir, təkərlərin təzyiqini və maye səviyyələrini yoxlayırlar. Lakin şüşəsilənlər çox vaxt diqqətdən kənarda qalır. Jalopnik nəşrinin yazdığına görə, istehsalçılar şüşəsilənlərin ən azı hər 12 aydan bir dəyişdirilməsini tövsiyə etsələr də, sürücülərin əksəriyyəti buna əməl etmir.

Ekspertlər bildirirlər ki, ön şüşəni əvvəlcə effektiv şəkildə təmizləyən rezin material kifayət qədər tez aşına bilər. Bu isə o deməkdir ki, illik dəyişmə qrafiki hər zaman optimal seçim olmur.

Şüşəsilənlər əslində nə qədər müddət xidmət edir?

Bəzi istehsalçılar yeni şüşəsilən cütünü hər 6 aydan bir almağı tövsiyə edirlər. Əgər istifadə zamanı ön şüşədə zolaqlar, ləkələr, şaquli xətlər qalırsa, bu artıq dəyişmə vaxtının çatdığını göstərir.

Mütəxəssislərin sözlərinə görə, şüşəsilənlərin ömrünü qısaldan bir çox amil mövcuddur. Ozonun təsiri, ultrabənövşəyi şüalanma və temperatur fərqləri rezinin tərkibini sıradan çıxarır. Bundan əlavə, ön şüşədə yığılan qum və toz rezin səthini zədələyir, hər hərəkət zamanı isə çox kiçik rezin hissəcikləri aşınaraq itir.

Ekspertlər qeyd edirlər ki, aşınma başlayan kimi şüşəsilənlər ön şüşəyə tam yapışa bilmir. Nəticədə zolaqlar, təmizlənməyən sahələr və digər xoşagəlməz effektlər yaranır. Bu mərhələdə təhlükəsizlik riski də artır, çünki şüşədə bulanıqlıq və “kor zonalar” əmələ gəlir. Mütəxəssislər tövsiyə edirlər ki, bu cür problemlər yaranmamışdan əvvəl şüşəsilənlər dəyişdirilsin və bu, mütləq dəqiq təqvimə bağlı olmamalıdır.

Şüşəsilənləri nə vaxt dəyişmək lazımdır?

Kiçik zolaqlar, yüngül bulanıqlıq və təmizlənməyən sahələr şüşəsilənlərin aşınmasının ilk əlamətləri sayılır. Həmçinin atlayan, səs çıxaran və ya şüşəni tam silməyən fırçalar da dəyişdirilməlidir.

Daha ciddi aşınma əlamətlərinə rezinin kənarlarında xırda çatların yaranması və ya hissələrin qopması daxildir. Bu cür vəziyyətlərdə şüşəsilənlər öz funksiyasını normal yerinə yetirə bilmir.

Mütəxəssislər yeni şüşəsilən alarkən onun avtomobil modelinə uyğun olmasına xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Avtomobilin istismar təlimatında dəyişmə ilə bağlı konkret göstərişlər yer alır. Adətən şüşəsilən qollarını qaldırmaq, köhnə fırçanı kiliddən çıxarmaq və yenisini yerinə möhkəm bərkitmək kifayət edir.

Ekspertlər vurğulayırlar ki, şüşəsilənlərin vaxtında dəyişdirilməsi yalnız rahatlıq deyil, həm də yol təhlükəsizliyi baxımından vacibdir. Görünüşün aydın olması isə xüsusilə yağışlı və qarlı havalarda qəza riskini əhəmiyyətli dərəcədə azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar