Tesla bu maşınları yeniləyir
03 mart 2023 14:25 (UTC +04:00)

Tesla bu maşınları yeniləyir

Məlum olub ki, Tesla şirkəti hal hazırda öz elektromobil kataloqunu genişləndirməyi planlaşdırmır.

Lent.az  xarici KİV-ə istinadən bildirir ki,  bunun yerinə şirkət mövcud elektromobillərinin bəzilərini yeniləməyə hazırlaşır. Güman olunur ki, Elon Musk artıq bu il Model 3 elektromobilinin yeni versiyasını təqdim edəcək. Gələn il üçün isə Model Y elektromobilinin yeni versiyasının təqdim ediləcəyi gözlənilir. Mövcud məlumatlara əsasən Tesla bu ilin sentyabr ayında Model 3 elektromobilinin Project Highland kod adına sahib yeni versiyasını sərgiləyəcək.

Şirkət yenilənmiş Model 3-ün interyerini daha da minimalistik tərzdə reallaşdırmağı planlaşdırır. Gözləntilərə əsasən salon daxilindəki bütün düymələr və ventilyasiya girişləri, Model S-də olduğu kimi gizlədilmiş şəkildə yerləşəcəklər. Model Y modelinə gəldikdə isə onun Project Juniper kod adına sahib yeni versiyası gələn ilin oktyabr ayında gözlənilir. Məlumata əsasən onun interyerində də Model 3-də reallaşdırılacaq dəyişikliklər olacaq. Lakin bununla yanaşı yenilənmiş Model Y modeli yeni gövdə dizaynını və yaxşılaşdırılmış transmissiyanı əldə edə bilər. Məlumata əsasən bütün bu dəyişikliklər elektromobillərin istehsalat proseslərinin sadələşdirilməsi və xərclərinin aşağı salınması üçün edilir.

# 2307
avatar

Cavidan HUN

Oxşar yazılar