Türkiyədə  yeni “Bayraktar”   sınaqdan keçirildi
02 iyul 2022 16:31 (UTC +04:00)

Türkiyədə yeni “Bayraktar” sınaqdan keçirildi

Türkiyə lazerlə idarə olunan və raketi uğurla buraxan Bayraktar AKINCI yeni zərbə vuran pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirib. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, sınaqlar zamanı PUA ASELSAN tərəfindən hazırlanmış LGK-82 lazer idarə olunan raketi atıb. 

“Bayraktar” 30 min fut yüksəklikdən qanadlı raket atmağı bacarıb. Rəhbərlik sistemi olaraq Türkiyənin GÖZDE sistemi istifadə edilib. Bu tip təyyarələrdə ilk dəfə istifadə edilən sursat şərti hədəfi dəqiqliklə vurub.
 

# 3018
avatar

Oxşar yazılar