“Xiaomi"  yeni telefonunu təqdim etdi - QİYMƏT
26 fevral 2024 16:10 (UTC +04:00)

“Xiaomi" yeni telefonunu təqdim etdi - QİYMƏT

Çinin “Xiaomi” korporasiyası 14 Ultra flaqman smartfonunu təqdim edib. 

Lent.az xəbər verir ki, bu barədə şirkətin materiallarına istinadən “GSM Arena” məlumat yayıb.

Cihaz bir neçə versiyada təqdim olunur - eko-dəri bəzəkli model və titan korpuslu modifikasiya var. Mobil cihaz 3200x1440 piksel təsvir ölçülü, 120 Hz tezliyə və “Dolby Vision” və HDR10+ dəstəyinə malik 6,73 düymlük LTPO AMOLED ekran alıb. Maksimum ekran parlaqlığı 3000 nitsdir.

“Xiaomi 14 Ultra” flaqman Snapdragon 8 Gen 3 çipi ilə təchiz edilib, 16 giqabayta qədər operativ yaddaşa və 1 terabayt-a qədər daxili yaddaşa malikdir. Telefon həm də əvvəlki nəsil cihazla müqayisədə üçqat ölçüdə olan soyutma kamerası ilə təchiz edilib. Qadcetin arxa panelində hər birinin təsvir ölçüsü 50 meqapiksel olan dörd linzalı Leica kamerası var. Kamera Ultra RAW fotoşəkilləri çəkməyə və onları DMG formatında saxlamağa imkan verir.

Smartfonun 90 vatt sürətli enerji doldurma dəstəyi ilə 5300 milliamper-saat akkumulyator tutumu var. Model xüsusi “HyperOS” qabığı ilə Android 14 ƏS aldı. “Xiaomi 14 Ultra”nın əsas versiyasının qiyməti 6499 yuan (təxminən 1528 manat) təşkil edir. Qlobal satışlar fevralın 25-dən başlayıb.


 

# 7875
avatar

Sevinc Fərid

Oxşar yazılar