Yeni qatlana bilən iPhone nəhəng batareyası  olacaq
19 noyabr 2025 12:36 (UTC +04:00)

Yeni qatlana bilən iPhone nəhəng batareyası olacaq

0

Apple özünün ilk qatlanan smartfonu iPhone Fold modelini 5400–5800 mA saat tutumlu akkumulyatorla sınaqdan keçirir. Bu göstərici hətta iPhone 17 Pro Max-in (5088 mA·saat) batareyasından yüksəkdir. Hətta minimal tutumlu versiya belə Samsung Galaxy Fold 7 kimi rəqibləri geridə qoyur.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir ki, batareya tutumunun artırılmasına cihazın korpusunun bir qədər böyüdülməsi imkan verib. Apple bəzi digər istehsalçılar kimi silisium–karbon akkumulyator texnologiyasından istifadə etmir. Şirkət sadəcə daha iri batareyanı cihazın içinə yerləşdirir. Bu konstruksiya həm avtonomluğu artıracaq, həm də daha effektli buxar kamerası ilə soyutma sistemi quraşdırmağa imkan verəcək. Bunun sayəsində cihaz aktiv istifadə zamanı daha az qızacaq.

Displey ölçüləri və dizayn

Məlumata görə, iPhone Fold açıq vəziyyətdə yan-yana yerləşdirilmiş iki iPhone Air modelinə bənzəyəcək. Sınaq prototipinin ölçüləri belədir: əsas ekran 7,74 düym, xarici panel 5,49 düym

Lakin cihaz satışa çıxana qədər bu parametrlərin dəyişməsi mümkündür.

Materiallar barədə əvvəlki məlumat

Daha əvvəl bildirildiyi kimi, iPhone Fold korpusunda titan və alüminiumun unikal kombinasiyasından istifadə ediləcək. Bu barədə etibarlı mənbələr məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar