Zibilliyə atılan smartfonların dəyəri - ŞOK RƏQƏMLƏR
26 yanvar 2021 19:16 (UTC +04:00)

Zibilliyə atılan smartfonların dəyəri - ŞOK RƏQƏMLƏR

Statistikaya əsasən, hər il 150 milyona yaxın mobil telefon tullantıya çevrilir. Bu isə milyardlarla dollar itki ilə yanaşı, həmçinin, ətraf mühitə ciddi şəkildə zərər vuran zəhərli tullantılar deməkdir. 

Lent.az “technote”a istinadən xəbər verir ki, təkcə Böyük Britaniyada zibilliyə atılmış smartfonların ümumi dəyəri 9 milyard dollardan çox olub. 

Bununla belə istifadəçilərin əksəriyyəti öz cihazlarını emal etmək əvəzinə onları birbaşa zibilliyə atırlar. Təkcə İngiltərədə 4.7 milyon insan məhz bu cür edir. Onlardan çoxu istifadə olunmayan cihazların hansı qiymətə olduqlarını təsəvvür etmirlər.

Bu məsələdə qənaətçil olan şəxslər isə istifadə olunmayan cihazları sadəcə olaraq evlərində saxlayırlar. Maraqlısı ondadır ki, köhnə smartfonların dəyişdirilməsi üzrə fəaliyyət göstərən xidmətlər köhnə smartfonlar üzərindən vəsait qazanmağa çalışan insanların sorğularını qane etmirlər. Məsələn, yeni smartfon alışında köhnə cihazını vermiş alıcıların 25%-i yetərincə vəsait əldə etmədiklərini düşünərək özünü aldadılmış hesab edir. 

Hər il zibilliyə atılmış çoxlu sayda elektron cihazla birlikdə 62.5 milyard dollar itirilir.
Onlardan yalnız 18%-i bu və ya digər üsul ilə emal edilir. 

Mütəxəssislərin sözlərinə əsasən, bu problemi bir neçə yol ilə həll etmək olar. Məsələn, bir sıra ölkələrdə bərpa edilmiş telefonlar bazarı mövcuddur. Adi emal prosesi də effektivdir. 

Tədqiqata əsasən, bütün dünya üzrə elektron tullantıların tərkibində olan qızıl miqdarı il ərzində qızıl yataqlarından əldə olunan qızıl miqdarının 11%-ni təşkil edir. Maraqlısı ondadır ki, yataqlarda tonlarla daşlardan sadəcə 5 qram qızıl əldə olunur. Lakin zibilliyə atılmış tonlarla smartfonlardan 200 qram qızıl əldə etmək olar. 

Qızıldan əlavə, bu cür tullantılardan 100 kq mis və 3 kq gümüş əldə etmək mümkündür. Təəssüflər olsun ki, bütün bunların çox hissəsi hələki zibiliiyə göndərilir və zəhərli elektron tullantıların illik miqdarı 100 milyon tona çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4749

Oxşar yazılar

Robot insanlara belə hücum etdi - VİDEO

Robot insanlara belə hücum etdi - VİDEO

2 may 2025 , 21:34
Hər kəsin cibinə görə  deyil: Yeni “iPhone”un qiyməti  məlum oldu

Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu

2 may 2025 , 19:20
YouTube  videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

2 may 2025 , 13:03
"Wi-Fi" sürətini  necə yaxşılaşdırmaq olar? - Altı asan yol

"Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol

2 may 2025 , 12:00
Bu markanın milyonlarla telefonu  fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

Bu markanın milyonlarla telefonu fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

2 may 2025 , 10:50
"WhatsApp"da ilk yaşandı

"WhatsApp"da ilk yaşandı

2 may 2025 , 07:54
"Skype" tarixə qovuşur

"Skype" tarixə qovuşur

1 may 2025 , 23:59
Ən böyük smartfon istehsalçısı  AÇIQLANDI

Ən böyük smartfon istehsalçısı AÇIQLANDI

1 may 2025 , 15:08