2026-cı ilin əsas turizm trendləri
15 dekabr 2025 18:24 (UTC +04:00)

2026-cı ilin əsas turizm trendləri

0

Növbəti tətilini planlaşdıran insanlar getdikcə “hara gedim"? sualından çox “nəyə görə gedirəm?” sualını düşünməyə başlayırlar. Səfərlər zamanı turistlər təcrübə və bacarıqlara daha çox dəyər verirlər.

Lent.az 2026-cı ilin turizm məkanlarını təqdim edir:

Dünya daim dəyişir və turizm sahəsi də istisna deyil. Buna görə də illər keçdikcə səyyahlar arasında müxtəlif tendensiyalar ön plana çıxır. Tədqiqatımıza əsasən, 2026-cı ildə səyyahlar evə yeni bacarıqlar, doyğun qarın və indiyə qədər fərq etmədikləri yeni bir hobbi ilə qayıdacaqlar. GetYourGuide milyonlarla səyahətçinin məlumatlarını təhlil edib və minlərlə insan arasında sorğu keçirərək müasir istirahətçilərin qərarlarına təsir edən gizli tendensiyaların ilk siyahısını hazırlayıb”.

Xüsusilə vurğulanıb ki, son dövrlərdə insanlar tətili planlaşdırarkən “harada"? sualından çox “nəyə görə"? sualına üstünlük verirlər.

GetYourGuide gələn il üçün altı əsas turizm trendini müəyyənləşdirib

1. Qastro-turizm

Araşdırmaya görə, 2026-cı ildə səyahətçilər üçün yemək sadəcə səfərin bir hissəsi deyil, əsas məqsədə çevrilir. Bütün marşrutlar yemək üzərindən planlaşdırılır. GetYourGuide məlumatları qastronomiya turlarının bron edilməsində 23 faiz artım göstərir. Hətta bəzi turistlər etiraf edirlər ki, tətildə gün ərzində beş dəfə və daha çox qidalanırlar.

Parisdən qatarla yalnız London mətbəxini dadmaq üçün gedib geri qayıdan turistlər olub. Ən yumşaq Brixton kotletini dadanda bunun dəyərini anlayacaqsınız.

2. Piyada ekskursiyalar

Sorğuda iştirak edən turistlərin təxminən üçdə ikisi bələdçi ilə ekskursiyaların yenidən dəbdə olduğunu söyləyib. Buna kömək edən əsas amillərdən biri aclığı olan milleniallardır onlar üçün ən yaxşı restoran və barları tapmaq ekskursiya sifariş etməyə əsas səbəbdir.

3. Qəhvə mədəniyyəti (Kofemaniya)

Müasir turistlər üçün səfərin təyinat yerindəki qəhvə mədəniyyəti gecə həyatından daha önəmlidir. GetYourGuide məlumatlarına görə, beynəlxalq səyyahların üçdə biri gözəl yerdə dadlı qəhvə içmək imkanını səfərin seçilməsi üçün əsas kriteriya hesab edir.

Qəhvə turlarına bilet satışları isə son bir ildə 60 faiz artıb istər Roma və Vyananın kafeləri ilə tanışlıq, istər Afrikada və Cənubi Amerikada qəhvə dənəsinin vətəninə səfər olsun.

4. Quş müşahidəsi

GetYourGuide aşkarlayıb ki, insanların 54%-i növbəti səfərində quş müşahidəsi ilə məşğul olmağa hazırdır. Unikallığı ilə seçilən quş növlərinin yaşadığı məkanlara maraq artır.

Sosial şəbəkələrdəki "birdtok" trendləri və təbiətlə yaxınlaşma arzusu turistləri İrlandiyada nadir puffini, Yeni Zelandiya kivilərini və ya Tailandda rəngarəng nektar quşunu görmək üçün səfərlərə cəlb edir.

5. Səhər tezdən qalxmaq

Səyyahların 54 faizi tətildə olsa belə, izdihamdan uzaq şəkildə ən yaxşı yerləri görmək üçün məmnuniyyətlə erkən qalxacağını deyir. GetYourGuide üzrə səhər turlarının bronlanması 44 faiz artıb bu, insanların günəş doğarkən Kapadokiyada və ya Marakeşdə hava şarına minmək, Vatikan muzeylərinin işıqlarının yandırılmasını izləmək kimi unudulmaz anları yaşamaq istədiklərini göstərir.

6. Vorkşoplar və ustad dərsləri

Xüsusilə "Z” nəslini təmsil edən turistlər suvenir almaqdansa bacarıqlara investisiya qoymağa üstünlük verirlər. Artıq istirahət edənlərin 31 faizi xatirə əşya almaq əvəzinə yeni bir şey öyrənməyə üstünlük verir.

Nyu-Yorkda baqel bişirmə kurslarından tutmuş Tokioda bıçaq hazırlama sənətinə qədər ustad dərslərinə maraq artır və bu il müraciətlər 54 faiz yüksəlib. Çünki bu, turistlərə yerli mədəniyyətə toxunmaq, öz əlləri ilə bir şey yaratmaq və sadəcə soyuducu maqnitindən daha dəyərli bir hekayə ilə evə qayıtmaq imkanı verir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar