Apple tarixin ən qeyri-adi  "iPhone"nunu hazırlayır
11 iyun 2026 18:08 (UTC +04:00)

Apple tarixin ən qeyri-adi "iPhone"nunu hazırlayır

0

Apple tarixinin ən qeyri-adi iPhone modellərindən birini hazırlayır. Bununla bağlı məlumatları Apple sızmaları ilə tanınan və iOS 26 materiallarının yayılması səbəbilə şirkət tərəfindən məhkəməyə verilən insayder Con Prosser "YouTube"da yayımladığı videoda paylaşıb. PhoneArena-nın yazdığına görə, yayımlanan renderlər göstərir ki, Kupertino şirkəti tarixində ən radikal dizayn dəyişikliklərindən birinə hazırlaşır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət 2027-ci ildə təqdim olunacaq və ilk "iPhone"un 20 illik yubileyinə həsr ediləcək modeldən gedir. İddialara əsasən, cihazın əsas ideyası bütün ön hissəni əhatə edən, heç bir vizual maneə olmayan ekran olacaq. Yəni nə “çentik” (notch), nə Dynamic Island, nə də ön kamera üçün kiçik dəlik görünəcək. İnsayderin sözlərinə görə, Apple mühəndisləri ekrandakı bütün diqqət yayındıran elementləri aradan qaldırmaq və “tam şüşə” effekti yaratmaq istəyirlər.

Məqsəd ekranın korpusun kənarlarına qədər vizual olaraq axıcı keçid etməsi və cihazın bütöv bir şüşə parçası təsiri bağışlamasıdır. Bundan əlavə, Apple-ın ilk dəfə iPhone 14 Pro modelində təqdim etdiyi və “çentik”i əvəz edən Dynamic Island funksiyasından tamamilə imtina edə biləcəyi bildirilir. Yeni nəsildə buna ehtiyac qalmayacaq, çünki Face ID daxil olmaqla ön hissədəki texnologiyaların ekranın altına yerləşdirilməsi planlaşdırılır. Renderlərdə diqqət çəkən başqa bir detal isə arxa paneldə yerləşən ikili kamera sistemidir.

Bu dizayn daha çox iPhone Air üslubunu xatırladır, halbuki "Apple"ın son flaqman modellərində üç kamera sensorundan istifadə edilir. Həmçinin cihazın yan hissələrində fiziki düymələrin əvəzinə toxunma əsaslı və vibrasiya geribildirimi verən sensor düymələrin olacağı iddia edilir. Texniki xüsusiyyətlər baxımından da ciddi dəyişikliklər gözlənilir. Litium-ion batareyanın yerini silikon anodlu yeni nəsil batareya texnologiyasının alacağı deyilir.

Bu texnologiya cihazın ölçülərini artırmadan daha böyük enerji tutumu təmin edə və batareyanın işləmə müddətini uzada bilər. Bundan başqa, yüksək sürətli HBM yaddaş texnologiyasına keçid ehtimalı da müzakirə olunur.

İnsayderin məlumatına görə, Apple məqsədli şəkildə “iPhone 19” adını keçərək birbaşa “iPhone 20” modelinə keçəcək və bunu orijinal "iPhone"un 20 illik yubileyi ilə əlaqələndirəcək. Bundan əvvəl Prosser "Apple"ın ilk qatlanan telefonu hesab edilən iPhone Fold modelinin keyfiyyətli renderlərini də paylaşmışdı. Bildirilir ki, cihaz "Samsung"un Galaxy Z Fold modelinə bənzər “kitab” formatında olacaq, lakin daha fərqli, kvadrat formalı ekran proporsiyalarına sahib olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar