Avropanın ən kiçik hava limanı,  gündə 3 uçuş olur: harada yerləşir
02 avqust 2025 17:42 (UTC +04:00)

Avropanın ən kiçik hava limanı, gündə 3 uçuş olur: harada yerləşir

Avropanın ən kiçik hava limanı Çexiyanın Ostrava şəhərində yerləşir. Bu hava limanı ilin böyük hissəsində çox az sayda sərnişin qəbul edir və gündə orta hesabla iki-üç kommersiya reysi yerinə yetirilir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ostrava-Mošnov Beynəlxalq Hava Limanı, yay mövsümündə turizm agentlikləri tərəfindən təşkil edilən çarter reyslərinə görə nisbətən daha fəal olur.

Bir istifadəçi hava limanından çəkdiyi videoda göstərir ki, terminalda demək olar ki, heç kim yoxdur – nə növbələr, nə də izdiham var. Xüsusilə oktyabr-aprel ayları arası demək olar ki, tamamilə boş qalır. Buna baxmayaraq, Airports WorldWide bildirir ki, Ostrava limanı region üçün əhəmiyyətli iqtisadi və sənaye mərkəzi sayılır.

O, Çexiyanın ikinci ən böyük hava limanı olsa da, ölçüsünə görə çox kiçikdir və hal-hazırda yalnız bir daxili reys yerinə yetirilir. Hava limanı Praqadan təxminən 3 saatlıq məsafədə, Polşa sərhədinə isə çox yaxın yerləşir. Buraya səfər edənlərə Dolni Vitkovitse sənaye muzeyinə baş çəkmək tövsiyə olunur. Bu ərazi XIX əsrə aid metallurgiya və kömür sənayesinin möhtəşəm nümunəsi olub və indi mədəni irs abidəsi, muzey və sənət məkanı kimi fəaliyyət göstərir.

Əlavə maraqlı fakt

Şotlandiyanın Barra adasında yerləşən unikal hava limanında təyyarələr çimərlikdə eniş və qalxış edir.

Bu proses yalnız səviyyə aşağı düşən zaman gündə iki dəfə mümkündür, çünki enmə zolaqları adətən suyun altındadır və taxta dirəklərlə işarələnib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar