İrlandiyanın paytaxtı Dublin 2026-cı il üçün tək səyahət edən turistlər arasında dünyanın ən yaxşı şəhəri kimi tanınıb.
Dublin niyə solo turistlər üçün ideal hesab olunur?
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Travelers Choice Awards” reytinqinə əsasən, zəngin tarixi memarlığı və saysız-hesabsız ədəbi əfsanələri ilə seçilən bu şəhər “köhnə dünya” ab-havasını mehriban və sadə cazibə ilə birləşdirir.
Bundan əlavə, Dublin şəhərində piyada hərəkət etmək çox rahatdır. Məhz buna görə də bir gün ərzində bir çox yeri gəzmək mümkündür.
Mütəxəssislər səyahətə bir neçə məşhur görməli yerdən başlamağı tövsiyə edirlər. Müqəddəs Patrik Katedralinin incə detallarını izləmək, Dublin Qalasını şəhərin “ürəyi” kimi kəşf etmək və Trinity Kollecinin geniş kampusu ilə tanış olmaq məsləhət görülür. Şəhərdə çoxlu muzey var və onların bir qismi, məsələn, Çester Bitti Muzeyi, tamamilə pulsuzdur.
Eyni zamanda Dublin hər zövqə və büdcəyə uyğun yemək seçimləri təqdim edir. Burada şəhərdə mişlen ulduzu almış 43 restorandan birində dadım menyusu seçmək, yaxud sadə bir pubda oturub həyatınızın ən dadlı “fish and chips”ini (balıq və kartof fri) dadmaq mümkündür.
Dublin həm də bir çox birgünlük səfərlər üçün ideal başlanğıc nöqtəsi sayılır. Məsələn, buradan balıqçı kəndi "Howth"a getmək tövsiyə olunur.
TripAdvisor versiyasına görə 2026-cı ildə solo turistlər üçün dünyanın 10 ən yaxşı şəhəri:
1. Dublin, İrlandiya
2. Berlin, Almaniya
3. London, Böyük Britaniya
4. Santyaqo, Çili
5. Edinburq, Böyük Britaniya
6. Nyu-York, ABŞ
7. Hanoy, Vyetnam
8. Madrid, İspaniya
9. Bali, İndoneziya
10. Keyptaun, Cənubi Afrika.