Dünyada turistlərin görməli olduğu ən maraqlı  küçələr
26 noyabr 2025 12:30 (UTC +04:00)

Dünyada turistlərin görməli olduğu ən maraqlı küçələr

0

Hər bir şəhərdə turistləri özünə çəkən küçələr var. Bəzi küçələr məşhur görməli yerlərə görə seçilir, bəziləri ən yaxşı restoranlara, digərləri isə orijinal alış-veriş imkanlarına və ya bayram ab-havasına görə məşhurlaşır.

Lent.az xarici KİV-ə istinadla bu küçələri təqdim edir:

Siyahıya ümumilikdə 31 küçə daxil edilib

“Əgər yeni bir şəhəri araşdırarkən yerli həyatın ən autentik formasını hiss etmək istəyirsinizsə, küçələrə çıxmaq ən yaxşısıdır. Və yox, söhbət nəhəng marketlərlə və adi kofe dükanları ilə dolu əsas küçələrdən getmir. Biz yerli sakinlərin sevdiyi məhəllə daxili küçələrdən, müstəqil mağazalar və yaradıcı insanlarla dolu canlı prospektlərdən danışırıq. Elə yerlərdən ki, burada yeni açılan Hi-Fi dinləmə barı köhnə ərzaq mağazası və ya yüz illik tarixi olan pub ilə yan-yana mövcud olur”.

Qaliblərin seçilməsi üçün jurnal dünyanın müxtəlif yerlərindəki yerli redaktorlar və ekspertlərdən ibarət şəbəkəsini cəlb edib. Onlar küçələri qida, içkilər, mədəniyyət, əyləncə və ümumi ictimai ruh kimi meyarlara görə qiymətləndiriblər.

Qalib - Rio-de-Janeyroda

Birinci yer Braziliyanın ən məşhur şəhəri Rio-de-Janeyroda yerləşən Rua do Senado (Senado küçəsi) adına layiq görülüb.

“Bir zamanlar antik mağazalar və bohem ab-havası ilə tanınan Rua do Senado Rio mərkəzində indi stilistik dirçəliş dövrünü yaşayır. 1907-ci ildən fəaliyyət göstərən klassik Armazém Senado restoranı hələ də soyuq təzə pivə təklif edir və şənbə günləri burada canlı samba dərsləri keçirilir. Tarixi evlər və ənənəvi barlarla yanaşı, bu küçədə məkana yeni enerji gətirən bir çox müasir müəssisə də mövcuddur.

2025-ci ilin dünyanın 10 ən yaxşı küçəsi

Rua do Senado, Rio-de-Janeyro, Braziliya.

Narıncı küçə, Osaka, Yaponiya.

Rua do Bonjardim, Porto, Portuqaliya.

Fan Gua küçəsi, Çendu, Çin.

Şerbruk-Strit-Vest, Monreal, Kanada.

Montague Road, Brisben, Avstraliya.

Maybaxufer, Berlin, Almaniya.

Olimpiu küçəsi, Saloniki, Yunanıstan.

Orchard Street, Nyu-York, ABŞ.

Vinh Khan küçəsi, Hoşimin, Vyetnam.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 58

Oxşar yazılar