Hətta təcrübəli turistlərin  belə aldadıldığı  ən yaxşı ölkələr
10 dekabr 2025 14:53 (UTC +04:00)

Hətta təcrübəli turistlərin belə aldadıldığı ən yaxşı ölkələr

0

Populyar turizm istiqamətləri yalnız gözəl təəssüratlar deyil, həm də xarici qonaqların etibarından sui-istifadə edən dələduzları cəlb edir. Dünyanın müxtəlif ölkələrində turistləri aldatma üsulları fərqlənsə də, əsas qayda dəyişmir, diqqətli olmaq vacibdir.

Turistlərin hansı ölkələrdə daha ehtiyatlı davranmalı olduqları barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

İtaliya

Turistlər üçün ən riskli şəhərlər arasında Roma, Milan və Florensiya göstərilir. Bu şəhərlərdə özbaşına qiymət qoyan taksi sürücüləri, məşhur abidələrin önündə saxta bələdçilər, guya pulsuz qolbaq paylayanlar, Trevi fəvvarəsi və muzeylərdə cibgirlik kimi hallar geniş yayılıb.

İspaniya

Xüsusilə Barselona ilə bağlı çoxlu şikayətlər var. Metropoliten və turist məkanlarında çanta və telefon oğurluqları, saxta biletlər və saxta məhsulların satışı, diqqəti yayındırmaq üçün içki tökülməsi kimi tələlər tez-tez müşahidə olunur.

Fransa

Paris kiçik fırıldaqçılıqların ən çox olduğu şəhərlərdən hesab edilir. Burada saxta imza toplama kampaniyaları, xəbərdarlıq edilmədən heyvanlarla foto təklifləri, saxta giriş biletləri, Montmartr kimi turistik ərazilərdə psixoloji təzyiq kimi hallar rast gəlinir.

Türkiyə

İstanbul və Antalya kimi kurort şəhərlərində turistlər üçün şişirdilmiş qiymətlər, bağlıdır bəhanəsi ilə başqa, daha baha məkanlara yönləndirmə, barlarda gözlənilmədən verilən yüksək hesablar müşahidə olunur.

Tailand

Bangkok, Pxuket və Pattaya turist tələləri ilə məşhurdur: sayğacsız taksi, məbəd bağlıdır bəhanəsi ilə turistləri alış-veriş məntəqələrinə aparmaq, saxta tur şirkətləri, çimərlikdə əvvəlcədən deyilməyən ödənişli xidmətlər.

Vyetnam

Hanoy və Hoşimin şəhərlərində taksilərdə şişirdilmiş tariflər, pulun üstünün saxtalaşdırılması, ekskursiya fırıldaqları, məşhur yerlər yaxınlığında saxta biletlərin satışı çox yayılıb.

Hindistan

Deli və Caypurda israrlı xidmət təklifləri, turistləri aldadan saxta informasiya mərkəzləri, oteliniz bağlıdır bəhanəsi ilə baha məkanlara yönləndirmə, özünü rəsmi bələdçi kimi təqdim edən şəxslər tez-tez rast gəlinir.

Meksika

Kankun və Mexikoda saxta kirayə və otel rezervasiya saytları, bankomat fırıldaqları, şişirdilmiş taksi qiymətləri turistləri narahat edən əsas problemlərdəndir.

Misir

Piramidlər bölgəsində əvvəlcədən hədiyyə kimi verilən, sonradan pul tələb olunan əşyalar, nəqliyyatda şişirdilmiş qiymətlər, heyvanlarla ödənişli foto tələləri tez-tez müşahidə edilir.

Mərakeş

Marrakeş və Kasablankada kömə adı ilə turisti aparıb sonra ödəniş tələb edən şəxslə, bazarlarda şişirdilmiş qiymətlər, əvvəlcədən xəbər verilməyən ödənişli xidmətlər geniş yayılıb.

Braziliya

Rio-de-Janeyroda kütləvi istirahət məkanları, çimərliklər və gecə klubları, oğurluq, yeni tanışlarla bağlı təhlükələr baxımından risklidir. Turistlərə xüsusilə diqqətli olmaq tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar