Təyyarə qalxanda və enəndə  yatmaq niyə təhlükəlidir?
27 mart 2026 13:55 (UTC +04:00)

Təyyarə qalxanda və enəndə yatmaq niyə təhlükəlidir?

0

Təyyarənin qalxdığı və endiyi zaman yatmaq sərnişinlərin sağlamlığına zərər verə bilər. Buna görə də mütəxəssislər bu vaxt yatmamağı tövsiyə edirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, təcrübəli səyyahlar və ekspertlər bu zaman yatmamaq üçün ən azı iki vacib səbəbin olduğunu bildirirlər.  

Qulaq zədəsi riski (barotravma)

Yatmaqdan çəkinməyin əsas səbəblərindən biri qulaq barotravmasının qarşısını almaqdır. Bu, qulağın daxilində və xaricində təzyiq fərqi nəticəsində yaranan zədələnmədir.

Ekspertlərin sözlərinə görə, bu vəziyyət qulaq pərdəsinin şişməsi və ağrı ilə müşayiət oluna bilər. Bu hiss, suyun dərinliyinə dalarkən yaşanan təzyiqə bənzəyir. Belə hallarda sərnişinlər:

qulaq ağrısı;

qulaq tutulması hissi;

yüngül eşitmə zəifləməsi;

kimi problemlər yaşaya bilərlər.

Uşaqlar və körpələr üçün bu proses daha çətindir, çünki onların evstax borusu daha dar olur. Bu riski azaltmaq üçün silikon qulaq tıxaclarından istifadə etmək də tövsiyə olunur.

Təhlükəsizlik səbəbi

İkinci vacib səbəb isə təhlükəsizliklə bağlıdır. Qalxma və enmə zamanı fövqəladə vəziyyət yaranarsa, sərnişinlərin ayıq və vəziyyətdən xəbərdar olması vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar