Azərbaycan musiqisinə “Səndən nigaranam” möhürü:  Unudulan Nəsibə Abdullayeva
22 iyun 2026 17:09 (UTC +04:00)

Azərbaycan musiqisinə “Səndən nigaranam” möhürü: Unudulan Nəsibə Abdullayeva

0

“Ömür ötür keçir, aram-aram…”

İllər keçsə də, Nəsibə Abdullayevanın səsi Azərbaycan dinləyicisinin yaddaşında hələ də "Səndən nigaranam"ın kövrək notları ilə yaşayır.

O, uzun illər Azərbaycan estradasının ən sevilən ifaçılarından biri olsa da, artıq əvvəlki kimi sənət fəaliyyətində aktiv deyil və son dövrlərdə səhnədə və mediada daha az görünür. Buna baxmayaraq, onun ifa etdiyi mahnılar hələ də dinləyicilər tərəfindən sevilirək dinlənilir.

Ümumiyyətlə, vaxtilə Azərbaycan səhnəsində sevilən və populyarlıq qazanan bir çox məşhurlar hazırda ekranlardan kənarda qalıb. Ya öz istəyi ilə, ya da zamanın tələbi əsasında.

Lent.az yeni “Unudulan sənətkarlar” rubrikasında həmin məşhurları yenidən oxucularına xatırladacaq. Rubrikamızın ilk məşhuru isə “Səndən nigaranam” ifası ilə xalqın qəlbinə yazılan Azərbaycan əsilli özbək müğənni Nəsibə Abdullayevadır.

Beləliklə, rubrikamızın ilk yazısı oxucularına təqdim edilir:

Azərbaycan əsilli müğənni

Azərbaycan əsilli məşhur müğənni, bəstəkar Nəsibə Abdullayeva 15 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır.

Müğənni əvvəlcə memarlıq sahəsində təhsil alıb. Musiqiyə olan həvəsi isə onu bu sahəyə yönəldib və təhsilini aldıqdan sonar peşəkar fəaliyyətinə başlayıb.  O, 1980-ci illərdə "Səmərqənd" vokal-instrumental ansamblının solisti kimi tanınmağa başlayıb. Daha sonar solo fəaliyyəti ilə seçilib sevilməyə başlayıb, O, daha çox özbək, Azərbaycan, fars, 

Uğursuz izdivac, yarımçıq qalan səhnə həyatı

 

Nəsibə Abdullayeva iki dəfə ailə həyatı qurub. Birinci ailə həyatı onu bir müddət səhnədən uzaqlaşdırıb. Lakin bu izdivac uğurlu olmayıb. Bu evlilikdən 2 övladı olan müğənni daha sonra əslən Gədəbəy rayonundan olan bəylə həyat yollarını birləşdirib.

Onun həyat yoldaşı isə müğənnidən nə az, nə çox – 15 yaş böyükdür. Yoldaşı isə müğənninin birinci oğlundan 8 yaş böyükdür. Bir müddət Londonda məskunlaşan ailə hazırda Özbəkistanda yaşayır.

Azərbaycan musiqisinə “Səndən nigaram” möhürü

Nəsibə Abdullayeva ən çox lirik, milli estrada və ənənəvi Şərq musiqisi üslubunda ifaları ilə tanınır. Onun "Bari gəl", "Samarqand", "Muhabbat", "Sensiz", "Ayrılıq" və digər mahnıları dinləyicilər tərəfindən böyük sevgi ilə dinlənilir. Həmçinin, Azərbaycan dilində səsləndirdiyi “Sarı gəlin”, “Nigaranam”, “Ayrılıq”, “Bağışlaram səni” ifaları da dinləyicilər tərəfindən sevilir. Bu gün də Nəsibə Abdullayeva Özbəkistan estradasının ən nüfuzlu sənətçilərindən biri hesab olunur. Uzun illərdir davam edən yaradıcılığı, güclü səsi və milli musiqiyə verdiyi töhfələr ona Orta Asiyanın ən məşhur müğənnilərindən biri statusunu qazandırıb.  Nəsibə Abdullayeva Özbəkistanda "Şərqin bülbülü" kimi tanınır. O, uzun illərdir Özbəkistanın "Xalq artisti" fəxri adını daşıyır və dövlət tərəfindən bir çox orden və medallarla təltif edilib. Eyni zamanda, 2022-ci ildə Prezident İlham Əliyev Sərəncamı ilə Azərbaycanın “Xalq artisti” fəxri adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar