Arda Turan yeni doğulan  qardaşı qızına yarım kilo qızıl  hədiyyə etdi
07 yanvar 2026 19:20 (UTC +04:00)

Arda Turan yeni doğulan qardaşı qızına yarım kilo qızıl hədiyyə etdi

0

Arda Turanın qardaşı Okan Turan və həyat yoldaşı Katre Turan yeni körpələrini dünyaya gətiriblər. Xoş xəbər tabloidlərdə yer alsa da, Arda Turanın qardaşı qızına verdiyi iddia edilən qızıl zinət əşyaları sosial mediada böyük müzakirələrə səbəb olub.

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, Okan Turan və Katre Turan 2022-ci ildə evləniblər və Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan ilə baldızı arasındakı yaxınlıq  tabloidlərdə tez bir zamanda müzakirə mövzusuna çevrildi. Bununla belə, Aslıhan Doğan Turan ilə Katre Turan arasında küsülülük barədə şayiələr də bəzən xəbərlərdə yer alıb.

Arda Turan yeni doğan yeğenine yarım kilo altın taktı!

İkinci evlilik ildönümlərini qeyd etdikdən sonra hamilə olduqlarını elan edən Okan və Katre Turan bu yaxınlarda qızlarını dünyaya gətiriblər. İlk dəfə əmi olmağın sevincini yaşayan Arda Turan, balaca qardaşı qızına verdiyi iddia edilən "xoş gəldin" hədiyyəsi səbəbindən çox müzakirə mövzusuna çevrilib.

Futbol karyerasından sonra belə, Arda Turan həm şəxsi həyatı, həm də ailəsinə olan sədaqəti ilə tez-tez xəbər başlıqlarına çıxır və əvvəllər də uşaqları və ailəsi üçün etdiyi jestlərlə gündəmə gəlib.

Şayiələrə görə, Arda Turan qardaşı qızının adına açılmış bank hesabına 500 qram qızıl və 3 milyon lirə yatırıb. Bu məbləğin bugünkü məzənnə ilə təxminən 3,1 milyon lirə olduğu və iddianın qısa müddətdə sosial mediada trend mövzusuna çevrildiyi deyilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1184

Oxşar yazılar