Ayovadan olan Neş Kinin həyatı əsl möcüzədir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, hamiləliyin 21-ci həftəsində, yəni 133 gün erkən dünyaya gəlib, çəkisi cəmi 285 qram, boyu isə 24 santimetr olub. Buna baxmayaraq, yaşamağı bacarıb və Ginnessin Rekordlar Kitabına düşüb.
Əvvəl bu rekord Alabamada 132 gün erkən doğulan başqa bir oğlana məxsus idi.
Neşin həyat uğrunda mübarizəsi
Valideynləri Molli və Rəndall Kin üçün bu körpə böyük ümidin təcəssümüdür. 2022-ci ildə bir uşaq itkisi yaşayan Mollidə daha sonra uşaqlıq boynu çatışmazlığı və polikistik yumurtalıq sindromu aşkarlanıb. Neşə hamiləlik zamanı, 20-ci həftədə uşaqlıq boynu açılmağa başladı, bir neçə gün sonra isə sancılar başlayıb.
Neş 21 həftə tamamlandıqdan dərhal sonra dünyaya gəlib. Onun nəfəs alması Ayova Universitetinin Stead Family Uşaq Xəstəxanası həkimlərinin səyləri sayəsində stabilləşdirilib və həyatı xilas edilib.
“Biz valideynlərə dedik: "şans sıfırdır", amma biz əlimizdən gələni edəcəyik”.
Neş xəstəxanada 198 gün qalıb
Bağırsaq əməliyyatı keçirib
Ürək müalicəsi alıb
Davamlı müşahidə altında olub
2025-ci il yanvarın 25-də o, nəhayət evə buraxılıb.
Hazırda Neş
Eşitmə aparatı taxır
Qidalanma zondundan istifadə edir
Ürəyində azacıq zəiflik var
Lakin gündəlik terapiya onun inkişafını dəstəkləyir.
“Hədəfimiz odur ki, Neş beş yaşında olanda heç kim onun vaxtından əvvəl doğulduğunu hiss etməsin".
Anasının sözləri
"İstəyirəm ki, Neş öz həyat hekayəsini güc mənbəyi kimi qəbul etsin".
Və hər zaman xatırlasın ki, onu ilk gündən dəstəkləyən çox sayda insan var idi".