Oğlunuzu zəif iradəli  böyütmək istəmirsinizsə... bu ifadəni deməməlisiniz
05 may 2026 15:16 (UTC +04:00)

Oğlunuzu zəif iradəli böyütmək istəmirsinizsə... bu ifadəni deməməlisiniz

0

Bəzən qısa bir cümlə oğlan uşağının özünə inamını illərlə verilən tərbiyədən daha tez sarsıda bilər. Ən təhlükəlisi isə odur ki, valideynlər bunu fərq etmədən deyirlər və bu sözlər uşağın yaddaşına həkk olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar bu cümləni ən təhlükəlilərdən biri hesab edir: “Məni məyus etdin".

Bu ifadə konkret davranışı deyil, uşağın şəxsiyyətini hədəf alır və onda özünü dəyərsiz hiss etməyə səbəb olur. Belə sözləri eşidən oğlan uşağı sevginin qazanılmalı olduğunu düşünməyə başlayır. Nəticədə böyüyəndə başqalarının təsdiqi olmadan qərar verməyə qorxan bir insana çevrilə bilər.

Araşdırmalar göstərir ki, valideyn tərəfindən verilən ümumi və sərt qiymətləndirmə motivasiyanı azaldır və narahatlıq yaradır. Uşaq “yenə məyus etməmək” üçün yeni şeyləri sınamaqdan çəkinir.

Bu niyə oğlanlar üçün daha təhlükəlidir?

Oğlanlara uşaqlıqdan “güclü olmalısan” mesajı verilir. Valideyn “məni məyus etdin” dedikdə, uşaq bunu bütün kimliyinin uğursuzluğu kimi qəbul edir. O, tənqidə səbəb olmamaq üçün emosiyalarını gizlətməyi öyrənir. Basdırılmış hisslər isə sonradan passivlik və iradəsizlik yaradır.

Psixoloqlar qeyd edir ki, tez-tez müqayisə olunan və ya günahlandırılan oğlanlar daha az özünə güvənli böyüyür. Onlar məsuliyyətdən qaçırlar, çünki yenidən “səhv etməkdən” qorxurlar.

Bunun əvəzinə nə demək lazımdır?

Mütəxəssislər davranışı şəxsiyyətdən ayırmağı tövsiyə edir. Məsələn, “gəlin baxaq, nə düzgün getmədi” demək uşağın inkişafına kömək edir, onu sındırmır.

Dəstək sərhədləri aradan qaldırmır, amma onları təhlükəsiz edir. Məhz bu yanaşma sayəsində qərar verməyi bacaran, qorxmayan bir insan formalaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar