Uşağın ağlamasını “tərcümə edən”   süni intellekt tətbiqi yaradıldı
01 aprel 2026 14:57 (UTC +04:00)

Uşağın ağlamasını “tərcümə edən” süni intellekt tətbiqi yaradıldı

0

Yaponiyada körpələrin ağlamasını “tərcümə edən” və valideynlərə uşağın niyə ağladığını anlamağa kömək edən tətbiq hazırlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada süni intellekt əsasında işləyən Awababy adlı tətbiq hazırlanıb. Bu tətbiq körpələrin ağlamasını analiz edərək valideynlərə səbəbləri anlamağa kömək edir. 

Awababy tətbiqi körpənin ağlamasını təxminən 150 000 səs nümunəsi əsasında öyrədilmiş süni intellekt vasitəsilə analiz edir. Sistem hər bir ağlamanı səsin yüksəkliyi, tonu və davametmə müddətinə görə qiymətləndirir. Cihaz körpənin ağlamasını “dinlədikdən” sonra onu 11 mümkün ehtiyac və ya emosiyadan birinə uyğunlaşdırır. On minlərlə səs yazısı üzərində öyrədilmiş alqoritm körpəni narahat edən səbəbi müəyyən edir: aclıq, yorğunluq, yuxu istəyi, narahatlıq, temperatur dəyişiklikləri, qaz sancıları və ya valideyn diqqətinə ehtiyac.

İstifadəçilər həmçinin uşağı sakitləşdirməyə hansı üsulların kömək etdiyini paylaşa bilirlər və bu da ümumi bir məlumat bazası formalaşdırır. Test mərhələsində valideynlər bildiriblər ki, körpənin nə istədiyi barədə təxmini məlumat belə onların daha sakit reaksiya verməsinə və panikaya düşmədən düzgün qərar verməsinə kömək edir.

Aprelin 20-dən etibarən Yaponiyanın Mişima şəhərində iki yaşa qədər uşaqları olan ailələr üçün tətbiqin premium versiyası pulsuz təqdim olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar