Uşağınız niyə telefondan  ayrılmır? - Səbəb texnologiya deyil, SİZSİNİZ
01 may 2025 18:08 (UTC +04:00)

Uşağınız niyə telefondan ayrılmır? - Səbəb texnologiya deyil, SİZSİNİZ

Heç müşahidə etmisiniz ki, siz işləmək və ya bir az dincəlmək istəyəndə uşağa planşet verirsiniz?

Bu zaman bir vərdiş formalaşır: uşaq başa düşür ki, ekran – sizinlə “barışıq” əldə etməyin ən asan yoludur. Zamanla o, real dünyaya marağını itirir, çünki orada oyunlardakı kimi ani dopamin “sevinc”i yoxdur. Bu zəncirvari vərdişi qırmaq üçün “qadjet qadağalı zonalar” yaradın: mətbəx, uşaq otağı, avtomobil.

Lent.az bunun səbəblərini təqdim edir:

Nə etməli?

Səhər yeməyində cizgi film əvəzinə audio nağıl qoyun – bu, uşaqda təxəyyülü inkişaf etdirir. Digər bir sirr – şəxsi nümunə göstərməkdir. Əgər siz daim telefonla məşğulsunuzsa, uşaq da sizi təqlid edəcək.

"Rəqəmsal detoks" təşkil edin: həftəsonunu sosial şəbəkələrsiz keçirin, stolüstü oyunlar oynayın, birgə gəzintilərə çıxın. Heç vaxt gadjetləri nə mükafat, nə də cəzalandırma vasitəsi kimi istifadə etməyin – bu, uşağın gözündə onların dəyərini artırır.

Digər səbəblər

Uşaq canı sıxıldığına və ya tək olduğu üçün telefona bağlana bilər. Alternativ təklif edin: maraqlı bir kursa yazdırın, konstruktor və ya rəsm ləvazimatı alın. Əgər yeniyetmə bütün günü sosial şəbəkələrdə vaxt keçirirsə, bəlkə də həyatda görmədiyi qəbul olunmanı orada axtarır. Onunla səmimi danışın:

“Səni bu qruplarda nə cəlb edir”?

Texniki tədbirlər

Valideyn nəzarəti qurun, məsələn, Wi-Fi axşam 21:00-dan sonra avtomatik sönsün. Oyunlara marağı azaltmaq üçün rəqabət hissi yaradan bir hobbi tapın: stolüstü tennis, tapmacalar, kolleksiya toplamaq.

Ən vacib məqam - qəfil qadağalar qoymayın. Razılaşın ki, ekran qarşısında keçirdiyi vaxt tədricən azalsın, bunun əvəzində isə birgə fəaliyyətlər ilə əvəz edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar