Uşaqla dost olmaq olar? - Yalnız bu şərtlə
16 avqust 2025 16:03 (UTC +04:00)

Uşaqla dost olmaq olar? - Yalnız bu şərtlə

Valideynlər getdikcə daha çox övladları üçün sadəcə bir müəllim və ya rəhbər deyil, həm də yaxın bir dost olmağı arzulayırlar. Bu nəcib istək isə diqqət tələb edən gizli risklər daşıyır. Dostluq münasibətlərinə can atmaq başadüşüləndir. Bu, inam və səmimi bağlılıq vəd edir. Lakin valideynlə dost obrazının tam şəkildə qarışması gözlənilməz problemlərə səbəb ola bilər. Əgər uşaq valideynini ilk növbədə dost kimi görürsə, o, zəruri avtoritet və dayaqdan məhrum ola bilər.

Lent.az xəbər verir ki, valideynin aydın mövqeyinin olmaması isə bəzən uşaqlarda narahatlıq və inamsızlıq yaradır.

Artıq səmimiyyətin yükü

Böyüklərin şəxsi problemləri barədə həddindən artıq açıq danışması uşağın çiyinlərinə ağır yük qoyur. Belə olduqda uşaq və ya yeniyetmə psixoloji baxımdan vaxtından əvvəl böyüməyə məcbur qalır və uşaqlığın bir hissəsini itirir.

Valideynin daim hər şeyi anlayan dost kimi görünmək cəhdləri isə qayda və sərhədlərin müəyyən edilməsini çətinləşdirir. Nəticədə intizam və məsuliyyət mövzuları havada qalır.

Sağlam münasibətlərin əsası

Sağlam valideyn-övlad münasibətləri etimada və açıqlığa əsaslanır, lakin yaxınlıq və subardinasiya itirilməməlidir. Valideyn rolu qayğı, qoruma və ağıllı rəhbərlikdən ibarətdir və bunları sadəcə dostluq əvəz edə bilməz.

Valideyn mövqeyində çeviklik insana çətin anda dayaq olmağa və uğurlara səmimi sevinməyə imkan verir. Bununla belə, böyüklər övladlarından fərqli olaraq müdriklik və məsuliyyət saxlamalıdırlar.

Uşağın təhlükəsizliyi və inkişafı üçün zəruri olan hallarda sərt “yox” deməyi bacarmaq sevginin ayrılmaz hissəsidir. Valideynlə həqiqi dostluq, uşağın bəzən bu sərtliyi və ya anlaşılmazlığı qəbul etməməsinə baxmayaraq, mövcud ola bilər.

Tarazlıq axtarışı

Doğru tarazlığı tapmaq daim diqqət tələb edən prosesdir. Hər bir ailə həm uşaqlar, həm də böyüklər üçün rahat olan özünəməxsus məsafəni müəyyən edir.

Valideyn obrazını tamamilə dostluqla əvəz etmək uşağı vacib dayağından və qorunma hissindən məhrum etmək deməkdir. Daha dəyərlisi isə dərin etimad mühiti yaratmaqdır ki, burada həm valideyn sözünə, həm də dost məsləhətinə yer olsun.

Ehtiram və qəbul üzərində qurulan etibarlı münasibətlər formal dostluqdan daha möhkəm olur. Onlar uşağa həyatda etibarlı arxa və qeyd-şərtsiz dəstək hissi bəxş edir.

Uşaqla həqiqi yaxınlıq isə valideynin özünü onun yaşıdı kimi aparmasından deyil, yetkin valideyn məhəbbətindən doğur. Bu məhəbbət həm nəvazişli, həm də tələbkar ola bilir və həmişə ən yüksək xeyirə yönəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234

Oxşar yazılar