Ağdaşda ağır QƏZA:  ölən var - VİDEO
25 oktyabr 2022 11:47 (UTC +04:00)

Ağdaşda ağır QƏZA: ölən var - VİDEO

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Bulaqotağı kəndində qeydə alınıb. 35 yaşlı Qocayev Xəyal Mütəllim oğlu idarə etdiyi “VAZ-2103” markalı avtomobili yolun sağında dayanan 31 yaşlı Məbudov Rüfət Mürvət oğluna məxsus “QAZ-33021” markalı avtomobilə çırpıb.

Nəticədə X. Qocayev yaralanıb. Onun sərnişini 53 yaşlı Qarayev Fariz Fazil oğlu isə aldığı xəsarətlərdən Ağdaş rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 3147
avatar

Mehman Nəbiyev

Oxşar yazılar