Avtomobilin üzərinə  meteorit düşdü   - VİDEO
22 noyabr 2023 18:10 (UTC +04:00)

Avtomobilin üzərinə meteorit düşdü - VİDEO

Fransanın Strasburq şəhərində avtomobilin damına meteorit düşüb.

Lent.az xəbər verir ki, alimlər ehtimal edilən meteoritin düşməsi ilə bağlı maraqlı bir məsələyə diqqət çəkib.

Meteorit damda 50 santimetrlik deşik buraxaraq avtomobilin şüşəsini sındırıb. Hadisədən sonra yerli sakinlər polisə müraciət ediblər.

Maşının sahibinin nə baş verdiyindən xəbəri olmayıb. Yerli yanğınsöndürmə idarəsinin kapitanı Matye Koloberin sözlərinə görə, xilasedicilər oraya çatdıqdan sonra diametri təxminən 50 santimetr olan böyük çuxur aşkar ediblər. Meteorit avtomobilin damından, gövdənin altından və yanacaq çənindən keçib. 

Mütəxəssislər heç bir radioaktivliyin aşkar edilmədiyini müəyyən ediblər. Tipik olaraq meteoritlərdə yalnız az miqdarda radioaktiv material var, buna görə də radioaktivliyin olmaması təəccüblü deyil.

Müstəntiqlər avtomobildə şübhəli bilinən meteoriti tapa bilməyiblər, lakin yaxınlıqda bir qayanın olduğunu görüblər. Yəqin ki, zərbə o qədər güclü olub ki, meteorit parçalanıb.

Eyni zamanda, nüvə fiziki və meteorit mütəxəssisi Tim Qreqori daşın ulduz mənşəli olmasına şübhə ilə yanaşır.

"Bu qədər böyük bir çuxur yaratmaq üçün əsl qaya lazımdı. Kimyəvi testlər kiçik qayanın meteorit olub-olmadığını göstərəcək. Hələ ki bununla bağlı dəqiq məlumat vermək çətindir", - o deyib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4594

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09