Azərbaycanlı ana molla rejiminə ÜSYAN ETDİ: "Allahdan qorx"
01 fevral 2023 10:00 (UTC +04:00)

Azərbaycanlı ana molla rejiminə ÜSYAN ETDİ: "Allahdan qorx"

Güney Azərbaycanın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələdən soydaşlarımız hələ də əziyyət çəkir.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, artıq bir neçə gündür sakinlər küçələrdə gecələyirlər.

Məlumata görə, molla rejimi zərərçəkənlərə kömək etmir və edilən yardımları da ünvanına çatdırılmasına imkan vermir.

Zəlzələ nəticəsində evsiz qalan bir azərbaycanlı ana isə rejimə qarşı üsyan edib. O, hökumətə qarşı “Allahdan qorxun” kimi ifadələr səsləndirib.

Sözügedən görüntüləri təqdim edirik:

 

# 2517
avatar

Sevinc Fərid

Oxşar yazılar