Azərbaycanlı sürücü sükan arxasında  keçindi - VİDEO
30 sentyabr 2023 13:14 (UTC +04:00)

Azərbaycanlı sürücü sükan arxasında keçindi - VİDEO

Dağıstanda sürücü sükan arxasında keçinib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. Bildirilir ki, hadisə səhər saat 5 radələrində ölkənin çıxışına yaxın ərazidə qeydə alınıb.

Məlumata görə, Azərbaycana məxsus dövlət qeydiyyat nişanı olan (50-EP-652) iri yük avtomobili (TIR) idarəetmədən çıxaraq, bataqlığa düşüb. Ərazidə olanlar avtomobilin salonunda sürücünün meyitini tapıblar. Sürücünün azərbaycanlı olduğu deyilir.

Hazırda onun kimliyi müəyyənləşdirilir.

# 3414
avatar

Oxşar yazılar