Bakı-Şamaxı yolunda yarışa çıxanlar  saxlanıldı - VİDEO
29 yanvar 2026 12:26 (UTC +04:00)

Bakı-Şamaxı yolunda yarışa çıxanlar saxlanıldı - VİDEO

0

Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal araşdırma başlanılıb.

İdarədən Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, yanvarın 23-də Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində X. Hümbətov və R. Qədimov “Chevrolet Cobalt”markalı avtomobillərlə sürət yarışı təşkil edblər. Bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradıblar.

Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılıb və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yollarda sürət yarışı və məsuliyyətsiz davranışlar ağır və geri dönməz nəticələrə səbəb ola bilər. Yol hərəkəti qaydalarına əməl edilməsi hər bir sürücünün birbaşa məsuliyyətidir.

Yollarda sürət yarışı təşkil edən, ictimai təhlükəsizliyi bilərəkdən təhdid edən bu kimi hallara qarşı bundan sonra da tərəfimizdən qətiyyətlə ən sərt hüquqi tədbirlərin tətbiqi davam etdiriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar