Bakıda ana və övladını maşın vurdu - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
07 may 2025 12:09 (UTC +04:00)

Bakıda ana və övladını maşın vurdu - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Balıda ana və övladını maşın vurub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov Lent.az-a bildirib ki, müşahidə kameralarının qeydə aldığı bu cür yol-nəqliyyat hadisələrinin görüntülərini mütəmadi olaraq ictimailəşdirməkdə məqsədimiz yol hərəkəti iştirakçılarını maarifləndirməkdir.

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən bu qəza da hər bir piyada üçün pis nümunədir. Müşahidələr göstərir ki, piyada qismində olan bəzi valideynlər özləri ilə yanaşı, övladlarının da həyatını təhlükəyə atırlar. Təəssüflər olsun ki, belə olan hallarda da qəzaların, xüsusilə də uşaqların və valideynlərin ölümü, yaxud xəsarətilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. 

Məsələn, ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib. Bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb.

Qəzaların baş verməsinə səbəblər isə demək olar ki eynidir:

1. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək;
2. Yol nişanlarının tələblərinə diqqət göstərməmək;
3. Bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi;
4. Bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyət verməməsi;
5. Piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi və s. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bütün piyadaları qaydalara riayət etməyə, valideynləri isə bu məsələdə daha diqqətli olmağa çağırırıq. Valideynlər unutmasınlar ki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının da gələcəyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3812

Oxşar yazılar

“Saçım yandı,  pulum getdi”  – Sosial media reklamlarının qurbanları danışır

“Saçım yandı, pulum getdi” – Sosial media reklamlarının qurbanları danışır

5 avqust 2025 , 10:20
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43