Bakıda bıçaqlı qadın avtobusda sərnişinlərə həyəcanlı anlar yaşadıb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
165 saylı xətt avtobusuna əlində bıçaqla minən yaşlı qadın insanların narahatlığına səbəb olub. Sərnişinlər hər hansı təhlükə olmasın deyə ondan kənara çəkiliblər.
Qadının ruhi xəstə olduğu bildirilir.
DİN-in mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Lent.az-a bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 68 yaşlı qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.