Abşeron suvarma kanalında balıqlar kütləvi şəkildə tələf olub.
Balıqçılıq və Akvakultura Mərkəzi Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-ın sorğusuna bildirildi ki, Abşeron suvarma kanalının Maştağadan keçən hissəsində balıqların tələf olunmasl müşahidə edilib.
Məsələ ilə bağlı ilkin məlumatlar əsasında aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Hadisə yerinə baxış keçirilib, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən sudan nümunələr götürülüb. Eyni zamanda, balıq nümunələri də toplanaraq laborator müayinəyə təqdim edilib.
Hazırda müvafiq monitorinqlər aparılır, səbəblərin müəyyənləşdirilməsi istiqamətində birgə araşdırmalar davam etdirilir.
Əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.
***
11.11.2025
14:34
Abşeron suvarma kanalında balıqlar kütləvi şəkildə tələf olub.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Məlumata görə, video kanalın Bakının Maştağa qəsəbəsindən keçən hissəsində lentə alınıb. Lakin balıqların nədən öldükləri barədə məlumat hələlik yoxdur.