Bakıda marketdən oğurluq KAMERALARA DÜŞDÜ
02 iyun 2026 14:15 (UTC +04:00)

Bakıda marketdən oğurluq KAMERALARA DÜŞDÜ

1

Bakının Nizami rayonunda marketlərin birindən oğurluq edilib.

Lent.az xəbər verir ki, naməlum şəxs obyektə daxil olaraq kassada olan nağd pul vəsaitini, lotereya biletlərini və müxtəlif növ tütün məmulatlarını talayıb. Hadisə zamanı zərərçəkənə 5 min manata yaxın maddi ziyan vurulub.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Fərid Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 226

Oxşar yazılar