Bakıda avtomobil işıqforu yararsız hala salıb.
Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində baş verib. Qəza nəticəsində 1 ədəd işıqfor obyekti yararsız hala düşüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.