Bakıda moped piyada keçidində qadını vurdu - HADİSƏ ANI
09 iyul 2025 17:54 (UTC +04:00)

Bakıda moped piyada keçidində qadını vurdu - HADİSƏ ANI

Bu gün axşam saatlarında Yasamal rayonu, Cəfər Cabbarlı və Bakıxanov küçələrinin kəsişməsində moped piyada keçidindən keçən şəxsi vurub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, nəticədə piyada xəsarət alıb:

"Müşahidələr onu deməyə əsas verir ki, bəzi moped və motosiklet sürücüləri hərəkət zamanı piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməməklə onlar üçün real təhlükə yaradırlar. Daha çox kuryer xidməti göstərən belə sürücülərin yollarda tələskənlik etməsi, bu nəqliyyat vasitələrinin sürətlə idarə etmələri, xüsusilə də manevr etmə qaydalarını pozmaları yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped, motosiklet və skuter idarə edənlərə müraciət edərək bildirir ki, piyada keçidlərində piyadalara yol verilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qəzaların sayının azalmasına müsbət təsir göstərir. Bu baxımdan hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar