Bakıda "Prius" piyadanı vurub öldürdü - VİDEO
03 oktyabr 2023 14:47 (UTC +04:00)

Bakıda "Prius" piyadanı vurub öldürdü - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

İdarənin rəsmisi, polis mayoru Araz Əsgərli Lent.az-a verilən məlumatda bildirib ki, bu gün Heydər Əliyev prospekti şəhər istiqamətində növbəti piyada vurma hadisəsi məhz yerüstü piyada keçidinin altında qeydə alınıb:

“Hadisə zamanı yolu təyin edilməyən yerdən keçən piyada dünyasını dəyişib. Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir. Bir daha vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə nizamlı və intizamlı formada yanaşsınlar. Sadə qaydaların tələbini ağır sonluqlu facilərə qurban verməsinlər. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı şüursuz seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik!”.

Qeyd edək ki, bu gün səhər saat 7 radələrində Mehdizadə Elşən Mirzəli oğlunun idarə etdiyi “Toyota Prius” markali avtomobil Suraxanı rayonu ərazisində 57 yaşlı Əliyev Polad Qaçay oğlunu vurub. Nəticədə o, hadisə yerində vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Mehman Nəbiyev

Oxşar yazılar