Bakıda sükan arxasında yatan sürücü  qarət olundu - HADISƏ ANI
05 may 2026 13:42 (UTC +04:00)

Bakıda sükan arxasında yatan sürücü qarət olundu - HADISƏ ANI

0

Bakının Nəsimi rayonunda oğurluq olub.

Lent.az xəbər verir ki, naməlum şəxs gecə saatlarında zərərçəkənin “Chevrolet” markalı avtomobilindən mobil telefonunu oğurlayıb.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı İ.Eynullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənin sükan arxasında yatmasından və maşının qapılarının açıq olmasından sui-istifadə edərək oğurluq əməlini həyata keçirib. Hadisə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
 
Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar