“Bu yol gündüz təhlükəsiz görünə bilər. Amma gecə düşən kimi vəziyyət tam dəyişir. İşıq dirəkləri var, amma işıq yoxdur. Sürücü yolu, piyada isə sürücünü görmür. Statistikalar da göstərir ki, yol qəzalarının ən ağır nəticələri məhz bu saatlarda baş verir”.
Lent.az xəbər ki, bu mövzu ilə bağlı APA TV videomaterial hazırlayıb.
Materialda qeyd edilir ki, gecə saatlarında yol hərəkəti gündüzlə müqayisədə daha risklidir. Görünüş məsafəsinin azalması, yol nişanlarının seçilməməsi və piyada keçidlərinin gec fərq edilməsi qəza ehtimalını xeyli artırır. Mütəxəssislər bildirir ki, bu risklərin əsas səbəblərindən biri yol işıqlandırmasının yetərli olmamasıdır. Paytaxtın mərkəzi küçələrində işıqlandırma nisbətən normal olsa da, kənar qəsəbələr və yaşayış massivlərinə gedən yollar tamamilə fərqli mənzərə yaradır.
Materialın tamamını videoda izləyə bilərsiniz: