Bu gün gecə saatlarında Bakının Səbail rayonu, Xəqani küçəsində (Sahil bağının yaxınlığında) avtomobillərdən birində yanğın olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, dərhal ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.
Yanğın qısa müddət ərzində söndürülüb.