Balakəndə maşın kişini vurub öldürdü -ANBAAN VİDEO
17 fevral 2023 21:05 (UTC +04:00)

Balakəndə maşın kişini vurub öldürdü -ANBAAN VİDEO

Lent.az hadisə anının videosunu təqdim edir. 

*** 

14.54

Balakəndə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, 32 yaşlı Balakən rayonu MeşəŞambul kəndində yaşayan Ramazan Maham oğlu Behalov idarə etdiyi "Mercedes E220" markalı avtomobillə qəza törədib.

Belə ki, o, piyada 53 yaşlı  Zəkəriyyə Arzuman oğlu Heydərov vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 5736
avatar

Fidan İlqar

Oxşar yazılar