“Bu “qərar” Şahramanyanı DTX zirzəmisindən xilas etdi” - VİDEO
02 yanvar 2024 17:09 (UTC +04:00)

“Bu “qərar” Şahramanyanı DTX zirzəmisindən xilas etdi” - VİDEO

Yanvarın 1-dən qondarma “Dağlıq Qarabağ Respublikası”nın "prezidenti" Samvel Şahramanyanın Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin ləğvi ilə bağlı ötən il sentyabrın 28-də imzaladığı dırnaqarası "fərman" qüvvəyə minib. Həmin sənədə əsasən, 2024-cü il yanvarın 1-dən qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkibindəki bütün dövlət qurumları, təşkilatları ləğv edilib və qondarma rejim fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınıb və əvvəl-axır Qarabağdakı separatçılar tərksilah olunacaqdılar. Sadəcə, bunu diplomatik yolla sürətləndirmək lazım idi və Bakı bütün masalarda II Qarabağ savaşından sonra yaratdığı yeni geosiyasi reallıqları qəbul etdirməklə bunu bacardı. Şahramanyan kimiləri isə dırnaqarası imzaları ilə cinayətkar olduqlarını bir daha qəbul edib qaçdılar. Azərbaycan ərazisindəki qondarma rejimin lokal xarakterli antirerror tədbirləri nəticəsində ləğv edilməsi 2023-cü ildə Azərbaycanın ən böyük qələbələrindən biri oldu.

Politoloqların təbirincə desək, Azərbaycan ATƏT-in Minsk Qrupunu gorbagor etdiyi halda qondarma rejimin həyatda qalmaq cəhdləri mənasız idi. Ali baş komandan İlham Əliyevin azad olunan torpaqlarda Azərbaycanın üçrəngli bayrağını ucaltması şanlı qələbənin təcəssümüdür. Zəfər günündə Xankəndidə keçirilən hərbi parad, ardınca Qarabağ və Mərkəzi Ordu İdman Klubu arasında futbol üzrə Azərbaycan kuboku oyununun keçirilməsi ermənilərin “Artsax” tələblərinin sarsaq xam xəyaldan başqa bir şey olmadığının isbatı oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9362

Oxşar yazılar

“Saçım yandı,  pulum getdi”  – Sosial media reklamlarının qurbanları danışır

“Saçım yandı, pulum getdi” – Sosial media reklamlarının qurbanları danışır

5 avqust 2025 , 10:20
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43