Dağıstanda idmançını küçədə GÜLLƏLƏDİLƏR - HADİSƏ ANI
16 iyul 2025 11:22 (UTC +04:00)

Dağıstanda idmançını küçədə GÜLLƏLƏDİLƏR - HADİSƏ ANI

Dağıstanda iki silahlı şəxs MMA döyüşçüsü Timur Xizrievi güllələyib. Onlar dayanacaqda idmançıya arxadan hücum ediblər.

Lent.az Rusiya telegram kanallarına istinadla bildirir ki, atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. 

Hücum anı kameralara düşüb. Kadrlarda iki maskalı şəxsin arxadan idmançıya tərəf qaçdığı və ən azı beş dəfə atəş açdığı görünür. Timur bu zaman bel çantasını qoyub qaçıb.

Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar