Dayanacaq  yoxdur,  amma AYNA hər şey "standarta uyğundur" deyir -VİDEO
26 avqust 2026 10:40 (UTC +04:00)

Dayanacaq yoxdur, amma AYNA hər şey "standarta uyğundur" deyir -VİDEO

0

Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində avtobus gözləyən sakinlər dayanacaq pavilyonunun olmamasından narazıdır. Sakinlərin sözlərinə görə, insanlar günün istisində, yağışda və küləkdə yol kənarında avtobus gözləməyə məcbur qalırlar.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, TV məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. Qurumdan bildirib ki, avtobus dayanacaq pavilyonları Dövlət Standartının tələblərinə uyğun quraşdırılır.

AYNA-nın açıqlamasına görə, pavilyonların yerləşdirilməsi zamanı səkinin vəziyyəti nəzərə alınır və yalnız səki şəraitinin uyğun olduğu ərazilərdə dayanacaq quraşdırılır. Lakin sakinlər hesab edirlər ki, bu cavab problemi həll etmir və həmin ərazidə insanların təhlükəsiz və rahat şəkildə avtobus gözləməsi üçün hələ də dayanacaq yoxdur.

Sakinlər isə narazıdır, videoda izləyə bilərsiz:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar