Diplomat çıxış edərkən öldü - VİDEO
10 avqust 2022 11:44 (UTC +04:00)

Diplomat çıxış edərkən öldü - VİDEO

Səudiyyə Ərəbistanından olan diplomat Məhəmməd əl Kahtani Misirdə təşkil edilmiş Ərəb-Afrika Beynəlxalq Konfransında çıxışı zamanı sammit iştirakçılarının gözü önündə can verib.

Lent.az "tahiamasr.com" portalına istinadən məlumat verir ki, Əl Kahtani ölməzdən öncə qaçaqmalçılıqla mübarizə və bu sahədə iki ölkə arasında görülən işlər mövzusunda nitq söyləyib. O, sağlam ürəklə Allahla görüşün bəxtəvərlik olması barədə danışarkən huşunu itirib və yerə yıxılıb. Ölüm anında diplomatın həyat yoldaşı Ayşə Əl Cəbri də yanında olub. Həkimlərin səylərinə baxmayaraq, onun xilas etmək mümkün olmayıb. Diplomatın ölüm səbəbləri dəqiləşdirilir.

Maraqlıdır ki, ərəb telekanalları bu hadisənin ardından dərhal 8 iyulda qətlə yetirilmiş  Sindzo Abeni (Yaoniyanın keçmiş baş naziri) xatırladıblar.  

Media kanalları sui-qəsdçilərin daha bir nəfər diplomata qarşı təxribat hazırlanacağı barədə xəbərdarlığını gündəmə gətiriblər.

# 4005
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar