DTX və polis Şuşada əməliyyat keçirdi
17 fevral 2023 15:20 (UTC +04:00)

DTX və polis Şuşada əməliyyat keçirdi

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Şuşada əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şuşa rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 1 “İqla” hava hücumundan müdafiə sistemi, 1 “Faqot” tank əleyhinə  sistem, 1 avtomat, 1 tüfəng, 9 müxtəlif növ əl qumbarası, 45 müxtəlif növ mərmi, 4 partlayıcı, 1325 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

# 4008
avatar

Oxşar yazılar