Ərdoğan Makronun çiyninə vurmaq cəhdinə sərt reaksiya verdi - VİDEO
17 may 2025 18:43 (UTC +04:00)

Ərdoğan Makronun çiyninə vurmaq cəhdinə sərt reaksiya verdi - VİDEO

Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun onun çiyninə vurmaq cəhdinə qeyri-adi cavab verib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan Makronun orta barmağını bərk-bərk tutub.

Türkiyə mediası hadisəni “Türkiyə ilə Fransa arasında qol güləşi” adlandırıb.

İnternetdə yayılan videoda Ərdoğanın uzun müddət Makronun barmağını tutduğu və nümayişkaranə şəkildə onun istiqamətinə baxmadığı görünür.

Media bu jesti Ərdoğanın Fransa liderinin tanış davranışını pisləməsi kimi şərh edib. Bu yolla Türkiyə prezidentinin həmkarının arzuolunmaz yaxınlığını dayandırdığı irəli sürülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar