Gecələr belə geyinin - Piyadalara CİDDİ XƏBƏRDARLIQ
04 fevral 2025 12:01 (UTC +04:00)

Gecələr belə geyinin - Piyadalara CİDDİ XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara ciddi xəbərdarlıq edib.

İdarədən Lent.az-a verilən xəbərə görə, yollarda piyadaların məsuliyyətsiz davranışı həm onların öz təhlükəsizliyi, həm də digər yol istifadəçiləri üçün böyük risk yaradır. 

Piyadaların məsuliyyətsizliyi aşağıdakı hallarda özünü daha çox göstərir:

1. Piyadaların qırmızı işıqda və ya sürücülər üçün yaşıl işıq yandığı zaman keçidlərdən keçmək.

 2. Yolu qaçaraq, telefonla məşğul olaraq və ya ətrafa diqqət yetirmədən keçmək. Xüsusilə uşaqlar və yaşlılar arasında bu cür hallar tez-tez müşahidə olunur.

3.Piyadaların təyin olunmuş keçidlərdən kənarda, eyni zamanda xüsusi təhlükəli hesab olunan yüksək sürətli və ya çox zolaqlı avtomobil yollarından keçmək.

4. Alkoqolun təsiri altında yola çıxmaq.

5. Gecə vaxtı tünd rəngli paltarlar geyinərək işıqlandırılmamış yollarda hərəkət etmək. Bu hal piyadaların görünməz olmasına səbəb olur. 


Əziz piyadalar !

Həyat və təhükəsizliyinizi qorumaq üçün aşağıdakı qaydalara mütləq riayət edin?

1. Yolu yalnız təyin olunmuş yerlərdən keçin.

2. Qırmızı işıqda dayanın və yaşıl işıqda keçin. Yolu keçərkən telefonla məşğul olmayın və ətrafa diqqət yetirin.

    3. Gecə vaxtı işıq əks etdirən geyimlərə üstünlük verin.

Unutmayın ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin məsuliyyətidir. Piyadalar və sürücülər qarşılıqlı hörmət və diqqətlə davransalar, qəzaların qarşısını almaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3109

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09