Gömrük postunda maşından 20 kilodan çox narkotik tapıldı -  VİDEO
25 yanvar 2021 18:15 (UTC +04:00)

Gömrük postunda maşından 20 kilodan çox narkotik tapıldı - VİDEO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda "Renault" markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə tiryək yerləşdirildiyi məlum olub.

Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kiloqram 280 qram narkotik vasitə - tiryək aşkar edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2940
avatar

Mehman Nəbiyev

Oxşar yazılar